ABŞ Prezidenti Cozef Bayden Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.
Məktubda xüsusilə deyilir:
“Son bir il ərzində erməni xalqı çətinliklərlə üzləşdi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinnin hərbi əməliyyatları səbəbindən insan itkiləri oldu. Erməni xalqının kədərini bölüşərək, regional sabitliyi təmin etmək və münaqişəni həll etmək üçün ATƏT-in Minsk Qrupu və digər regional formatlarla hökumətinizlə əl-ələ işləyəcəyik.
Amerika Birləşmiş Ştatları Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi üçün addımlar atmağa davam edəcək".