"Bütün tərəflər regionda nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin qurulması əhval-ruhiyyəsindədir".
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk sentyabrın 20-də Yerevanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.
“İşçi qrup üçtərəfli görüş keçirir. Sonuncu, 7-ci görüş avqustun ortalarında Moskvada olub. Tərəflər iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ovqatındadır. Hazırda bunun müzakirəsi gedir”, - A.Overçuk bildirib.
Overçuk qeyd edib ki, nəqliyyat yollarının bərpası Rusiya ilə Ermənistan arasında ticarətin genişləndirilməsi və artırılması üçün da əhəmiyyətli dərəcədə yeni imkanlar yaradacaq.
Ermənistan Baş nazirinin müavini Mqer Qrigroyan da nəqliyyat əlaqələrinin açılmasının faydalı olacağını vurğulayıb.