Gürcüstanda ötən sutkada daha 662 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 595 926-ya, ölənlərin ümumi sayı isə 8 575-ə yüksəlib.
Son 24 saat ərzində 3 534, ümumilikdə isə 563 530 nəfər müalicə olunaraq sağalıb.