Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu gün Yerevanda bəyan edib ki, Azərbaycanla Naxicevan arasında Ermənistan ərazisindən dəhlizin yaradılması məsələsi üçtərəfli danışıqlar zamanı müzakirə edilmir. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Grigoryan qeyd eidb. O, kommunikasiyaların açılması ilə bağlı bəzi detallar verib.
Aleksey Overçuk (RF Baş nazirinin müavini) - "Dəhliz" məsələsini müzakirə etmirik. İqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsini müzakirə edirik. İndi fikir mübadiləsi prosesindəyik. Əhval pozitivdir.
Mher Grigoryan (ER Baş nazirinin müavini) - Bölgədəki infrastruktur baxımından demək istəyirəm ki, dəmiryol ilə bağlı həllər daha çox görünür, çünki söhbət əsasən keçmişdə mövcud olan və işləyən infrastrukturun bərpasından gedir. Bu baxımdan orada texniki həllər daha çox görünür. Sərhəd, gömrük, fitosanitar və digər oxşar nəzarət funksiyaları təşkil etmək üçün daha çox hüquqi həll yollarına diqqət yetiririk. Yollar baxımından, infrastrukturun texniki həlli məsələsi daha çox müzakirə olunur.