ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Ermənistana və Azərbaycana səfər edəcək.
Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, sentyabrın 18-19-da Gürcüstanda səfərdə olan xüsusi nümayəndə regiona dönmək niyyətindədir: “Kari Henriksen Ermənistan və Azərbaycana səfər edəcək, müvafiq daxili məsələləri və daha geniş regional çağırışları müzakirə edəcək”.