ABŞ Konqresinin üzvləri, ABŞ Müdafiə Nazirliyinin 2022-ci il büdcəsi üçün Türkiyə və Azərbaycana qarşı sanksiyaların da daxil olduğu səkkiz təklif layihəsi təqdim etdillər.
Xüsusilə, 579-cu layihəsi, Türkiyənin Ülkü Ocakları təşkilatının terror qrupu olmadığını araşdırmağı təklif edir.
586-cı layihə, Türkiyənin Bayraktar PUA-larının II Qarabağ savaşındakı rolunu araşdırmağı təklif edir. Bu səbəbdən "Bayraktarlar"-a qarşı sanksiyalar tətbiq oluna bilər.
52-ci qanun layihəsi ABŞ-ın Azərbaycana hərbi yardımının dayandırılmasını tələb edir. 90-cı layihədə Azərbaycanın təhlükəsizlik sahəsinə yardımının maliyyələşdirilməsinə son qoyulması, 560-cı layihədə Azərbaycanın erməni əsirləri geri qaytarmağa məcbur edilməsi və 408-ci layihədə Dağlıq Qarabağa humanitar yardımla bağlı hesabat hazırlanması tələb olunur.