ER Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə Şanxay Əməkdaşlıq Təşkilatının birgə iclasında iştirak edib. Görüşdə Əfqanıstandakı vəziyyət müzakirə edilib.
Baş nazir Paşinyan çıxışının əvvəlində Əfqanıstanda və onun ətrafında baş verənləri yaxından izlədiyini qeyd edib.
“Ermənistan KTMT və ŞƏT regionlarında beynəlxalq terror təhlükəsinin effektiv şəkildə aradan qaldırılmasında maraqlıdır. Vaxtında adekvat cavab verilmədiyi təqdirdə bu, terror şəbəkələrinin qonşu ölkələrə, xüsusən də münaqişə bölgələrinə nüfuz etməsi ilə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
Terroru və ekstremizmi bütün formada və təzahürlərində qəti şəkildə qınayırıq. Müəyyən ölkələrin müəyyən hərbi-siyasi məqsədlərə çatmaq üçün terror təşkilatlarından istifadə etməsi qəbuledilməzdir”- deyə Nikol Paşinyan öz çıxışında qeyd edib.