Türkiyədə İnsan Haqları Dərnəyinin Adana şöbəsinin müdiri, vəkil Yakup Ataş haqqında erməni soyqırımını tanıdığı üçün istintaq başladılıb. Bu barədə Ermenihaber xəbər verir.
Adana Baş Prokurorluğu Yakup Ataşı "xalqın bir hissəsinə nifrət və düşmənçilik salmaqda" günahlandırdı.
Ataş hüquq-mühafizə orqanlarına bildirib ki, sadəcə şəxsi fikrini ifadə edib, nifrət və düşmənçilik əkmək niyyətində deyil. O, AİHM-in qərarlarına görə ifadəsinin söz azadlığı hüququ çərçivəsində olduğunu bildirərək ona qarşı irəli sürülən ittihamları qəbul etməkdən imtina etdi.