Rusiya Federasiyasının XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda Xəzər dənizində keçirilən Azərbaycan-Türkiyə təlimlərinə münasibət bildirdi.
“Rusiya Türkiyə-Azərbaycan hərbi təlimləri ilə bağlı Bakıya mövqeyini bildirib. Azərbaycan tərəfinin bu mövqeyə anlayışla yanaşdığını nəzərə alaraq, ictimai şərhlərdən çəkinəcəyəm. Azərbaycanlı tərəfdaşlarımızla əlaqə saxlayırıq”,- deyə Zaxarova bildirdi.