Fransada təxminən 3 min həkim, tibb bacısı və digər tibb işçisi COVID-19 əleyhinə peyvənddən imtina etdiyi üçün müvəqqəti olaraq işdən kənarlaşdırılıb.
Bu, ölkədə qəbul olunan və artıq qüvvəyə minən bütün tibbi personalın, yanğınsöndürənlərin və qocalar evlərində çalışanların mütləq peyvənd olunmalarını tələb edən Qanunun tətbiqindən sonra baş verib.
Fransanın həmrəylik və səhiyyə naziri Olivye Veran işdən çıxarılma hallarının müvəqqəti xarakter daşıdığını, həmin şəxslərin peyvənd olunduqdan sonra işə qayıdacaqlarını bildirib.