Sentyabrın 17-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Fransa xarici işlər naziri Jan-İv Lı Drian arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Fransa imtiyazlı münasibətlərinin davamlı inkişafından məmnun olduqlarını bildiriblər, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bir daha təsdiq ediblər.
Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində sülh prosesinin bərpasının vacibliyini vurğulayıblar.
Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və erməni xalqı Azərbaycanın Artsaxa qarşı başlatdığı təcavüz zamanı və ondan sonrakı dövrdə Fransa hökumətinin və parlamentinin mövqeyini və addımlarını yüksək qiymətləndirirlər.
Tərəflər, 44 günlük müharibənin yaratdığı humanitar mövzularla bağlı da fikir mübadiləsi aparıblar və bu kontekstdə Azərbaycanda saxlanılan erməni əsir və mülki girovların dərhal vətənə qaytarılmasını vurğulayıblar.
Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə daxil olması nəticəsində yaranan vəziyyətdən bəhs edilib. Vəziyyətin deeskalasiyası və sabitləşdirməsi üçün səy göstərməyin vacibliyi vurğulanıb.