Parlamentdəki brifinqlər zamanı "Mülki Müqavilə" fraksiyasının üzvü Andranik Koçaryan sərhəddəki vəziyyətə toxunub.
“Azərbaycan polis qüvvələri son günlər yolun Eyvazlı hissəsində sərhəd məsələlərinin məntiqinə sığmayan əməliyyatlar həyata keçiriblər.
Polis İran maşınlarını durdurur və pul alır. Bu yalnız İran avtomobillərinə aiddir. Bu, gömrük əməliyyatıdır, yoxsa sadəcə qanunsuz əməliyyat? İndi İran və Azərbaycan arasında aydınlaşdırılmalıdır ki, bu hərəkətlər gömrük işləri çərçivəsindədir, yoxsa qanunsuz hərəkətlərdir”,-Koçaryan deyib.