Düşənbədə işgüzar səfərdə olan Baş nazir Nikol Paşinyan KTMT Kollektiv Şurasının iclasından əvvəl Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşdü.
Həmsöhbətlər ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan və Emoməli Rəhmon iqtisadi sahədə əlaqələrin genişlənməsinə və bu istiqamətdə atılacaq addımlara əhəmiyyət veriblər. Tərəflər bu istiqamətdə böyük potensialın olduğuna əmin olduqlarını bildiriblər.
Ermənistan və Tacikistan liderləri KTMT Kollektiv Şurası iclasının gündəliyi və KTMT regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlər barədə fikir mübadiləsi aparıblar.