Sentyabrın 16-da ER-nın Parlamentinin sədri Alen Simonyan Hollandiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nikolas Şmermersi qəbul edib.
Alen Simonyan, Hollandiyaya bölgəmizdəki mövqeyinə və Ermənistanın demokratik prioritetlərini dəstəklədiyinə görə təşəkkür edib.
ER Parlamentinin sədri bir sıra problemlərə toxunub: bölgəmizdə sülhün bərqərar olması, erməni hərbi əsirlərin geri qaytarılmasının ən qısa zamanda həyata keçirilməsi və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli həyata keçirilməsidir.
O, Azərbaycan nümayəndə heyətlərinin dağıdıcı mövqeyini vurğulayaraq, onların ritorikasının bölgədə sülhün bərqərar edilməsinə yönəlmədiyini qeyd edib.
Səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgədəki fəaliyyətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.