9 Noyabr və 11 Yanvar tarixli üçtərəfli bəyanatlarda Ermənistan Respublikasının ərazisindən dəhlizin ayrılması ilə bağlı müddəa qeyd edilməyib. ER baş naziri Nikol Paşinyan bu barədə Parlament-Hökumət sual-cavab sessiyası zamanı bildirib.
Nikol Paşinyan qeyd edib ki, xarici yüklər Ermənistan ərazisindən keçərkən MDB ölkələri arasında nəqliyyat əlaqəsini təmin edən hüquqi-müqavilə bazasında müəyyən olunduğu kimi gömrük, pasport və digər postlardan keçməlidir.