Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub, 389 nəfər sağalıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 250 559-a çatıb, 233 910 nəfər sağalıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5056-ya yüksəlib. Hazırda 10 068 pasiyent müalicə olunur.
Ümumi olaraq 1 627 538 test aparılıb.