Sentyabrın 15-də ER parlamentinin sədri Alen Simonyan Hindistanın ER-dakı fövqəladə və səlahiyyətli səfiri Kişan Dan Devalı qəbul etdi.
Parlamentin sədri qeyd etdi ki, Ermənistan Respublikası dostluq münasibətlərinin dərinləşməsini və inkişafını yüksək qiymətləndirdi.
İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə toxunan Alen Simonyan yaxında parlamentdə Ermənistan-Hindistan dostluq qrupunun yenidən yaradılacağını və bunun parlamentlərarası əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rola malik olacağını bildirdi.
Ermənistanla Hindistanın beynəlxalq platformlardakı müsbət əməkdaşlığının əhəmiyyətini qeyd edən Alen Simonyan Hindistan hökumətinin beynəlxalq təşkilatlarda Ermənistan üçün əhəmiyyətli məsələlərə balanslı yanaşmasını yüksək qiymətləndirdi.
Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə Ermənistan tərəfi rəsmi Nyu Delinin Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həll edilməsinə dəstəyini yüksək qiymətləndirdi.