ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli siyasi həllinə sadiqdır və inanır ki, münaqişənin yalnız hərtərəfli həlli Ermənistan-Azərbaycan münasibətlərini normallaşdıra bilər.
Bu barədə ABŞ səfirliyi Azərbaycanın XİN nümayəndəsi Leyla Abdullayevanın bəyanatını şərh edərkən bildirib.
“Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin yerli və siyasi həllinə sadiqik. Bu məqsədə çatmaq üçün Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda əsaslı müzakirələrə qayıtmağa çağırırıq. Yalnız bütün məsələləri əhatə edən hərtərəfli həll iki ölkə arasındakı münasibətləri normallaşdıra bilər, bölgə xalqının birlikdə sülh içində yaşamasına imkan verə bilər",- deyə səfirliyin bəyanatında qeyd olunub.