Kremldə Rusiya prezidenti Vladimir Putinlə Suriya prezidenti Bəşər Əsədin görüşü baş tutub. Putin seçkilər münasibətilə Suriya Prezidentini təbrik etdi.
Görüş zamanı respublikadakı siyasi vəziyyəti, beynəlxalq terrorizmə qarşı mübarizəni, həmçinin humanitar əməkdaşlıq da daxil olmaqla ikitərəfli məsələləri müzakirə olunub. Bəşər Əsəd vurğualdı ki, birgə səylərlə ölkələri terrorizmlə mübarizədə uğur qazandı.
Prezidentlər görüş zamanı Rusiya və Suriyanın birgə səylərinə toxunublar. Bunun nəticəsində Suriya hökuməti ölkə ərazisinin 90%-dən çoxuna nəzarət edir.
Putinin sözlərinə görə, 2021-ci ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 3,5 dəfə artıb.
Rusiya Suriyaya “Sputnik V” və “Sputnik Light” Rusiya peyvəndlərini verdi.