ER Təhsil, Elm, Mədəniyyət və İdman naziri Vahram Dumanyan bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoyu qəbul edib.
Mixail Şvıdkoy Ermənistan-Rusiya təhsil və mədəniyyət proqramlarının genişləndirilməsinin və ikitərəfli mədəni əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən danışıb. Tərəflər iki ölkənin təhsil və mədəniyyət xadimləri arasında əlaqələrin intensivləşdirilməsi, Ermənistan və Rusiyada yüksək səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə ediblər.
Vahram Dumanyan, Mixail Şvidkoyun diqqətini 44 günlük Artsax müharibəsindən sonra Azərbaycanın nəzarətində olan ərazilərdə ümumbəşəri dəyərə malik olan erməni mədəni irsinin qorunub saxlanılması məsələsinə çəkib. Mixail Şvıdkoy məsələnin həllinə mümkün qədər töhfə verməyə hazır olduğunu qeyd edib.