Bu gün ER Baş naziri Nikol Paşinyan, “Gazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Milleri qəbul edib.
Baş nazir qeyd edib ki, "Gazprom" şirkəti enerji sektorunda Ermənistanın strateji tərəfdaşıdır və hökumət qarşılıqlı faydalı əməkdaşlığın inkişafını vacib hesab edir.
Tərəflər enerji sahəsində Ermənistan-Rusiya əməkdaşlığı prosesini, inkişaf perspektivlərini müzakirə ediblər və "Gazprom"un fəaliyyəti ilə bağlı məsələlərə toxunublar. Hər iki tərəf Ermənistan Respublikasının enerji inkişafına və etibarlı qaz təchizatı sisteminin inkişafına yönələn davam edən proqramların vacibliyini vurğulayıb.