Fransadan göndərilən 25.000 doz “AstraZeneca” peyvəndi Ermənistandadır. Təyyarəni Fransanın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Kristof Katsaxyan, Səhiyyə və Xarici İşlər Nazirliklərinin nümayəndələri qarşıladılar.
Ermənistan hakimiyyəti ilə razılaşdırılaraq peyvəndin çatdırılması yaxın həftələrdə davam edəcək.
Fransa epidemiyaya qarşı mübarizədə Ermənistanın yanındadır. 2021-ci ilin avqustun 3-də Fransa Prezidenti Emanuel Makron 200 min doz vaksinin bağışlandığını bildirdi.