Sentyabrın 14-də Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Alen Simonyan Slovakiya Milli Şurası tərəfindən "Dağlıq Qarabağda davam edən münaqişə haqqında" və "Dağlıq Qarabağ haqqında" qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, hazırda Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin dərhal vətənə qaytarılması məsələsi prioritet məsələdir və bu məsələdə Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyini gözləyir.
Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bir daha təsdiqləyib.