ER XİN başçısı Ararat Mirzoyan Slovakiyanın xarici işlər naziri ilə mətbuat konfransında qeyd etdi ki, Ermənistanla Slovakiya arasında diplomatik münasibətlərin qurulmasından bəri ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə inkişaf etdi.
Nazir bildirdi ki, görüş zamanı slovyakiyalı nazir ilə iqtisadi əlaqələrə, regiondakı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinə də toxunublar.
“Mən həm epidemiya zamanı, həm də son Artsax müharibəsi zamanı və ondan sonra da ölkəmizə verdiyi dəstəyə, Slovakiyanın qəbul etdiyi mövqeyə görə Ermənistan Respublikası adına Slovakiyaya və Slovakiya xalqına təşəkkürümü bildirirəm.
Azərbaycanın Dağlıq Qarabağa və Dağlıq Qarabağ xalqına qarşı başlatdığı genişmiqyaslı təcavüzdən, həmçinin təcavüz günlərində törətdiyi cinayətlərdən danışdıq.
Üçtərəfli bəyanatdan sonra Azərbaycanın bəyanat müddəalarının yerinə yetirilməməsindən, xüsusən də erməni hərbi əsirlərin geri qaytarılmamasından danışdıq.
Biz Ermənistan-Azərbaycan sərhədindəki gərginlik, Azərbaycanın təxribatlarını, yəni Ermənistan Respublikası ərazisinə zorla daxil olunmasını da müzakirə etdik. ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının davam etdirilməsinin vacibliyini vurğuladıq”,- Ararat Mirzoyan qeyd etdi.