Sentyabrın 12-nə olan məlumatlara görə, Ermənistanda indiyədək koronavirusa qarşı 335 721 vaksinasiya olub. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi bildirib.
Qeyd edək ki, Ermənistanda xarici vətəndaşlar da vaksinasiya oluna bilərlər.
Ermənistanda “Astrazeneca”, “Koronavak”, “Sputnik -V” və “Sinofarm” peyvəndləri tətbiq olunur.