2021-ci il sentyabrın 13-də Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Nijni Novqoroddakı "Mulino" hərbi poliqonunda Rusiya Federasiyası ilə Belarus Respublikasının birgə "Zapad-2021" strateji hərbi təliminin aktiv mərhələsini izləyəcək.
Ondan sonra, 15-16 sentyabr tarixlərində ER müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Düşənbədə KTMT-nin nizamnamə orqanlarının (Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsi) iclaslarında iştirak edəcək.