Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normalaşma posesini,eləcə də Dağlıq Qarabağ statusu məsələsinin həlli ilə bağlı müzakirələri diqqətlə izləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Təəssüf ki, siyasi mövzularda əsas fikir ayrılıqları davam edir. Məhz bu səbəbdən, Moskva bu mərhələdə 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli üçtərəfli müqavilələrin bütün müddəalarına ciddi riayət etməyi vacib hesab edir. Söhbət, ilk növbədə atəşkəsə riayət etməkdən, humanitar məsələlərin həllindən və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından gedir.
Bu cür addımların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və yekun siyasi razılığa gəlinməsinə şərait yaradacağını gözləmək olar”, - deyə Zaxarova qeyd edib.