Rusiya Prezidenti və Avropa Şurası prezideni arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Şarl Mişelin xahişi ilə Rusiya Prezidenti 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi üçün atılan addımlar haqqında məlumat verdi”,- bəyanatda qeyd olunub.
ərəflər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər. Putin və Mişel Əfqanıstandakı vəziyyəti və terrorla mübarizəni müzakirə ediblər.