Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib. Bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb. O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.