ER baş naziri Nikol Paşinyan hökumət iclasında Ermənistanla münasibətlərinin normallaşmasına dair Türkiyə prezidentinin açıqlamasına toxunub.
“Türkiyə prezidenti Ermənistanla münasibətləri məsələsi barədə açıq şəkildə danışıb. Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpası barədə müzakirə etmək üçün fürsət görürük. Daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazırıq”.
Söhbət regionu Şimalı Cənubla, Şərqi Qərblə bağlayacaq bir qovşağa çevirməkdən gedir. Qeyd etməliyəm ki, Rusiya bu prosesə kömək etməyə hazırdır.
Avropa Birliyi, Fransa və ABŞ da bu prosesdə maraqlıdır, Çin və Hindistanın kommunikasiya layihələrinin inkişafına olan marağı isə hamıya məlumdur", - Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, bölgədəki sülh və sabitlik ER hökumətinin uzunmüddətli strategiyasıdır.