Hökumət iclasının əvvəlində ER baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılması məsələsinə toxunub.
Nikol Paşinyan bildirib ki, bu məsələ Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli formatında müzakirə olunur.
“Baş nazir vəzifəsinə təyin olunmasından sonra İİR-a səfər etmişəm, bu gün də Gürcüstana səfər edirəm. Həm İran, həm Gürcüstan ilə müzakirələrimizin gündəmində regional kommunikasiyaların açılması məsələsi əsas rol oynayır.
Bu çərçivədə İranla sərhədimizi Gürcüstanla sərhədimizə bağlayan “Şimal-Cənub” layihəsini vacib hesab edirəm. Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq da bizim üçün çox vacibdir. Bu problemi həll etmək üçün Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli formatı ilə kommunikasiyaların yenidən açılması məsələsini müzakirə edirik.
Burada konkret nəticələr əldə etmək üçün səy göstərmək əzmindəyik, təbii anlayırıq ki, Azərbaycan da öz növbəsində qərb bölgələri ilə Naxicevan arasında əlaqə quracağını gözləyir", - deyə Paşinyan bildirib.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etməyə hazırdır.
Baş nazir sözlərincə, Azərbaycanla demarkasiya və delimitasiyanın həyata keçirilməsi gündəmini vacib sayır.
"Bunun üçün lazımi şəraitin yaradılması üçün çalışmağa davam edirik",- deyə Nikol Paşinyan qeyd edib.
Baş nazir ümid bildirib ki, əsirlərin, girovların və digər saxlanılan şəxslərin Ermənistana qaytarılması prosesi tezliklə başa çatacaq.