Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağanın odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat verib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.