Ermənistan-Gürcüstan yüksək səviyyəli danışıqları başa çatıb. Bu barədə ER baş nazirinin mətbuat katibi Mane Gevorgyan öz “Facebook” səhifəsində yazıb.
Nikol Paşinyan və İrakli Qaribaşvili ikitərəfli münasibətlərin inkişaf gündəmindəki siyasi, iqtisadi, səhiyyə, məndəni və humanitar sahələrə dair bir sıra məsələlər müzakirə edib.
Regionda baş verən inkişaflara toxunulub, sülh və sabitliyin təsdiq olunması və möhkəmləndirilməsində iki ölkənin səyləri vurğulanıb.