Vyanada keçirilən parlament sədrləri 5-ci dünya assambleyası çərçivəsində ER Parlamentinin sədri Alen Simonyan sentybrın 8-də Lüksenbemburqun Böyük Hersoqluğunun Deputatlar Palatasının sədri Fernan Etgen ilə görüşüb.
Alen Simonyan qeyd edib ki, DQ məsələsində Lüksemburqun balanslaşdırılmış, qərəzsiz mövqeyini yüksək qiymətləndirir və Lüksenbemburqun Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən 2020-ci il oktybarın 16-da və 2020-ci il dekabrın 24-də Artsaxa qarşı Azərbaycanın başlatdığı hərbi əməliyyatlarını qınayan və Dağlıq Qarabağın statusunun vacibliyini vurğulayan qətnamələrin qəbul olunması münasibəti ilə minnətdarlığını bildirib.
Lüksemburq tərəfinin xahişi ilə ER Parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki vəziyyəti barədə məlumat verərək Azərbaycanda saxlanılan erməni əsirlər və onların geri qaytarılması üçün görülən işlər barədə danışıb.
Alen Simonyan vurğulayıb ki, erməni tərəfinin hərbi əsirlərin mümkün qədər tez sərbəst buraxılması üçün bütün tərəfdaşların dəstəyinə ehtiyacı var.