ER baş naziri Nikol Paşinyan sentyabrın 8-9-da Gürcüstana rəsmi səfər edəcək.
Səfər çərçivəsində Ermənistanın baş nazirinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşləri olacaq.
Yüksək səviyyəli Ermənistan-Gürcüstan danışıqları planlaşdırılır, bundan sonra Ermənistan və Gürcüstanın baş nazirləri mətbuat üçün çıxış edəcəklər.
Səfər çərçivəsində Nikol Paşinyan Tbilisidəki “Qəhrəmanlar” meydanını da ziyarət edəcək.