ER XİN spikeri Vahan Hunanyan “Sputnik Armenia” xəbər agentliyinin sualını cavablandırıb.
Sual: Azərbaycan MN-dən verilən məlumata görə, "Azərbaycanla Türkiyə arasında Laçın rayonunda birgə hərbi təlimlər başlayıb". Xahiş edirik, bu barədə fikir bildirin.
Cavab: Türkiyə-Azərbaycan hərbi təlimlərinin Ermənistan-Artsax sərhədi yaxınlığında və Laçın dəhlizinin yaxınlığında keçirilməsini deeskalasiyaya yönəlmiş addımlara ziyan vuran bir hərəkət kimi qiymətləndiririk , o, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatın ruhuna uyğun gəlmir və bölgədə yerli sülh, təhlükəsizlik və sabitlik yaratmaq səylərini pozur.