ER baş naziri Nikol Paşinyan ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Jonatan Lakotu qəbul edib.
Nikol Paşinyan əlavə edib ki, iki dost dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Baş nazirin sözlərinə görə, Ermənistan və Fransa hökumətləri erməni və fransız xalqlarının çoxəsrlik dostluğuna əsaslanan əməkdaşlığın inkişafı və genişləndirilməsində maraqlıdır.
ER hökumətinin rəhbəri Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi vacib rolunu vurğulayıb.
Görüşdə investisiyalar, təhsil, səhiyyə, digər sahələrdə birgə proqramlar və gələcək işlər müzakirə edilib.