Sentyabrın 7-də ER Xİ naziri Ararat Mirzoyan Yaponiyanın ER-dakı səfiri Masanori Fukuşimayı qəbul edib.
Görüş zamanı tərəflər iki xalq və ölkələr arasında formalaşdırılmış sıx dostluq münasibətlərini məmnunluqla vurğulayıblar və onu daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün səylər göstərməyə hazır olduqlarını bildiriblər.
Öz növbəsində səfir Fukuşima qeyd edib ki, Yaponiya üçün qanun aliliyinə əsaslanan azad və açıq dünya nizamı qurmaqda Ermənistan vacib tərəfdaşdır.
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan nazir Mirzoyan Yaponiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində hərtərəfli və sülh yolu ilə həllinə davamlı dəstəyini yüksək qiymətləndirib.
Səfir Fukuşima bildirib ki, Yaponiya hökuməti Dağlıq Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkmiş şəxslərə yardım göstərib və bu yardımı davam etdirməyə hazırdır.