NATO-nun Baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Avropada ABŞ-dan müstəqil silahlı qüvvələrin yaradılması NATO müttəfiqləri arasında “parçalanmaya” səbəb olacaq. Bu barədə Russia Today məlumat yayıb.
Baş katib bildirib: "Mən Avropanın əlavə müdafiə səylərini alqışlayıram, ancaq NATO-nu heç vaxt əvəz edə bilməz. Biz əmin olmalıyıq ki, Avropa və Şimali Amerika birləşəcək".
Onun fikrincə, Şimali Amerika ilə Avropa arasındakı əlaqələri zəiflətmək üçün hər hansı bir cəhd NATO-nu zəiflətməklə yanaşı, Avropanı parçalayacaq.