Azərbaycanda COVID-19 infeksiyasına son sutkada 3310 yoluxma faktı qeydə alınıb, 2972 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 442 min 872 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 383 min 682 nəfər müalicə olunaraq sağalıb, 5842 nəfər vəfat edib.