Sentyabrın 4-də, 11:00-a olan məlumata görə, Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma halı qeydə alınıb.
Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 244 602-ə çatıb, 228 736 nəfər sağalıb, 9800 nəfər isə müalicə olunur.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 12 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 904 nəfərə çatıb.
Ümumi olaraq 1 567 094 test aparılıb.