Sentyabrın 3-də ER müdafiə naziri Arşak Karapetyan Niderland Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Niko Şxermersi qəbul edib.
Görüşün əvvəlində səfir Sxermers, Arşak Karapetyanı müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Səfirin xahişi ilə müdafiə naziri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edib.
Regional və beynəlxalq təhlükəsizlik mühiti, ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.