Bu gün Lusakertdə Fövqəladə Hallar Nazirliyi, xilasetmə xidmətinin bütün bölmələrinin iştirak etdiyi bu ilin ən böyük təlimini keçirir. Təlimdə ER Təhlükəsizlik Şurasının katibi Armen Qrigoryan da iştirak edib.
Jurnalistlərə danışan Qrigoryan, təlimin əhəmiyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, Ermənistanın coğrafi mövqeyi nəzərə alınmaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu cür imkanların yaradılması çox vacibdir.
Təhlükəsizlik məsələlərinə gəldikdə, Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Ermənistanın delimitasiya və demarkasiyaya hazır olduğunu bir daha təsdiqlədi.
“Hazırda heç bir iş aparılmır. Azərbaycanın cavabını gözləyirik. Ümid edirik ki, Azərbaycan müsbət cavab verəcək, sərhəddə, derlimitasiya və demarkasiya işlərinə ən qısa zamanda başlamaq üçün bir fürsət yaranacaq ki, sərhəddəki böhranı ən qısa zamanda həll edək”,-Qrigoryan qeyd etdi.