Qarabağ münaqişəsinin həlli, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Rusiyanın diqqət mərkəzindədir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Dağlıq Qarabağda humanitar problemlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azalması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması prioritetlər sırasındadır. Biz Dağlıq Qarabağ nizamlanması kontekstində ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında işinin intensivləşdirilməsini dəstəkləyirik. Hesab edirik ki, həmsədrlər Yerevanla Bakı arasında inamın yüksəlməsinə, eləcə də humanitar məsələlərin həllinə kömək edə bilər”,-Zaxarova deyib.
Rusiya XİN rəsmisi qeyd etdi ki, hal-hazırda yeni rusiyalı həmsədr İqor Xovayev regional səfərə çıxıb. O Azərbaycan rəhbərliyi ilə görüşüb, qarşıda analoji təmasları Ermənistanda olacaq
Zaxarova Ermənistan-Türkiyə münasibətlərinə də toxunub.