Avropa Şurasının İnsan Haqları Komissiyası Türkiyəni insan hüquqlarını, eləcə də AİHM qərarlarına əməl etmək öhdəliyini pozmaqda günahlandırıb. Səbəb 4 ilə yaxın həbsdə olan türk iş adamı Osman Kavalanın həbs müddətinin uzadılması ilə bağlı qərarıdır, Ermenihaber məlumat yayıb.
“Anadolu mədəniyyət” mərkəzinin qurucusu Osman Kavalaya qarşı “Qəzi” parkındakı iğtişaşları, eləcə də 2016-cı il 15 iyul çevriliş cəhdi ilə bağlı açılmış cinayət işi ilə əlaqədar müxtəlif ittihamlar irəli sürülüb. O, artıq 46 aydır Türkiyə həbsxanasındadır.
Kavala 2017-ci ildə həbs edilib və 2019-cu ilin may ayında Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Avropa İnsan Haqları Məhkəməsi qərar verib ki, Türkiyə səlahiyyətliləri Kavalanı susdurmaq üçün onu məhkəməyə veriblər.