Sentyabrın 2-də Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi mütəxəssislərindən ibarət heyəti qəbul etdi. Nümayəndə heyəti Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində müntəzəm danışıqlarda və müzakirələrdə iştirak etmək üçün Ermənistan Respublikasına gəldilər.
RF Müdafiə Nazirliyinin nümayəndə heyətinin rəhbəri, general-mayor Valeri Jila, müdafiə nazirinə qarşıdakı işlərin həcmi barədə məlumat verdi.
Görüş zamanı Ermənistanın müdafiə naziri Arşak Karapetyan Ermənistan tərəfi üçün ən vacib olan məsələləri qeyd etdi.