Sentyabrın 2-də ER XİN başçısı Ararat Mirzoyanıa ATƏT-in baş katibi Helqa Maria Şmid arasında telefon danışığı olub.
Ararat Mirzoyan qeyd etdi ki, Ermənistan ATƏT-in kooperativ təhlükəsizlik konsepsiyasına əsaslanan hərtərəfli regional təşkilat kimi roluna əhəmiyyət verir.
Nazir Mirzoyan vurğuladı ki, erməni tərəfi ATƏT-in təhlükəsizliyin hər üç sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Tərəflər Azərbaycan-Türkiyənin Artsaxa qarşı təxavüzünü nəticəsində yaranmış vəziyyətə də toxunublar. Ararat Mirzoyan ATƏT Minsk qrupu çərçivəsində Qarabağ müanqişəsinin sülh yolu ilə nizamlanma prosesinin yenidən başlanmasının əhəmiyyətini vurğuladı.
Ermənistanın xarici işlər naziri həmçinin qeyd edib ki, Ermənistan regionda uzunmüddətli sülhün bərqərar olmasına hazırdır, lakin Azərbaycanın təxribatçı əməliyyatları, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveen ərazisinə zorla daxil olunması yeni gərginlik mənbələri yaradır, regional təhlükəsizliyi, sabitliyi pozur.