Əfqanıstanın Herat əyalətində qadınlar etiraz aksiyası keçirərək qadın hüquqları ilə bağlı bir sıra tələblər irəli sürüblər.
“Tolo News”a əsasən, etirazçılar qadınların hüquqlarının təmini, hökumətdə təmsilçilyə imkan yaradılmasını istəyibər. Nümayişçilər deyiblər ki, qadınların iştirakçılığı olmadan heç bir hökumət sabit və davamlı ola bilməz.
Bundan əlavə, mitinq iştirakçıları “Taliban”ın əleyhinə çıxış ediblər, dünya ictimaiyyətini əfqan qadınları unutmamağa çağırıblar. Nümayişdə yerli fəallar, tələbələr və dövlət qurumlarının əməkdaşları iştirak ediblər.