Avqustun 31-də nüfuzlu beynəlxalq reytinq agentliyi Moody's növbəti hesabatı dərc etdi. Hesabatda Ermənistan eyni reytinqdə (B3) qalıb. Ermənistanın prespektivi isə stabil qiymətləndirildi.
Bu barədə ER hökumətinin iclasında ER Baş nazirinin müavini Suren Papikyan bildirib.
Maliyyə naziri Tiqran Xaçatryan mövzuya toxunaraq, Moody's -in əvvəlki qiymətləndirməsinin 2019 -cu ildə aparıldığını vurğuladı.
“O vaxtdan bəri, koronavirusun yayılması və müharibə səbəbiylə Ermənistan iqtisadiyyatı üçün ciddi iqtisadi risklər ortaya çıxdı. Moody's agentliyinə görə, Ermənistan iqtisadiyyatının bu cür risklərə qarşı dayanıqlılığının artması müşahidə olunur və Ermənistan hökumətinin iqtisadi siyasətinin bu baxımdan təsirli olduğu vurğulanır.
Bu, beynəlxalq investorlar üçün çox güclü bir siqnaldır, çünki Ermənistanın iqtisadi artımının sabit perspektivlərini və hökumətin iqtisadi siyasətinin səmərəliyini bir daha təsdiqləyir”,-Xaçatryan qeyd etdi.