Almaniyada yaşayan və dini ideologiyasına görə "təhlükəli" olaraq xarakterizə olunan 330 insandan 11-i Türkiyə vətəndaşıdır. Bu barədə Ahval agentliyi məlumat yayıb.
İyulun 1-nə olan məlumatlara görə, “təhlükəli” siyahının 186 üzvü radikal islamçıdır. Onlar ya Almaniya vətəndaşıdır, ya da iki vətəndaşlığı var.
Siyahının 61 üzvü suriyaı, 17-i iraqlı və 13-ü rusdur. Daha 8 nəfərin vətəndaşlığı barədə məlumat yoxdur, 2 nəfərin isə vətəndaşlığı yoxdur.